Almaniya liderlərindən “anti-İslamlaşma” yürüşlərini dayandırmağa çağırış…backend

Almaniya liderlərindən “anti-İslamlaşma” yürüşlərini dayandırmağa çağırış…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC-yə xəbər verir ki, bazar ertəsi Pegida qrupunun Drezdendə təşkil etdiyi yürüşə 20 000-dək adamın qoşulacağı gözlənilir.

Ədliyyə naziri Heiko Maas adamları yürüşə qatılmamağa çağırıb.

Kansler Angela Merkel isə deyib ki, çərşənbə axşamı o, Berlində müsəlman qurumların təşkil etdiyi yürüşə qoşulacaq.

Cənab Maas, Pegida yürüşünün təşkilatçılarını Charlie Hebdo jurnalına və yəhudilərin supermarketinə edilən hücumdan \”sui-istifadə\” etməməyə çağıran aparıcı siyasətçilərdən biridir.

Ötən həftə Drezden şəhərində keçirilən yürüşə Pegida (\”Qərbin İslamlaşmasına qarşı Vətənpərvər Avropalılar\”) qrupu 18 000 iştirakçı cəlb etmişdi.

Lakin şənbə günü hakimiyyətin təşkilatçılığı ilə bu yürüşə qarşı keçirilən kütləvi aksiyaya 35 000-dək adam qoşulmuşdu.

İnterpress.az