Şeyx: “Qar adamı düzəltmək haramdır”backend

Şeyx: “Qar adamı düzəltmək haramdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Səudiyyə Ərəbistanının tanınmış ruhanilərindən olan şeyx Muhammed Saleh əl-Münadcid öz saytında yazıb. Onun fikrincə, qar adamı insan surəti yaratmağa cəhd etmək deməkdir.

“Bu hətta oyun məqsədilə edilsə belə olmaz. Allah insanlara ruhu olmayanların obrazlarını yaratmaq üçün xeyli imkanlar verib. Məsələn ağaclar, gəmilər, meyvələr, evlər dənizlər və s”,- deyə Şeyx bildirib.

Qeyd edək ki, şeyx bu barədə bir valideynin sualını cavablandırarakən deyib.

Səudiyyə Ərəbistanı isti iqlimə malik olsa da, son günlər Yaxın Şərqdə soyuq hava kütlələrinin hakim olması nəticəsində İrodaniya ilə sərhəddəki Tabuk vilayətində qar yağıb.

İnterpress.az