Saakaşvili Gürcüstana qayıdırbackend

Saakaşvili Gürcüstana qayıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə o, “Rustavi-2” telekanalına verdiyi müsahibəsində deyib. Xatırladaq ki, Gürcüstan prokurorluğu Saakaşvili barədə Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə iş qaldırıb.

“Geopolitik vəziyyət dəyişir və bizim dostlarımızın mövqeyi güclənir. Bütün bunlar mənim Gürcüstana geri dönməyim üçün əsas yaradır”,- deyə Saakaşvili əminliyini ifadə edib.

Ötən ilin sentyabrında ABŞ Mixail Saakaşviliyə iş vizası verməkdən imtina edib və bunun üçün də o Amerikada siyasi sığınacaq ala bilməyib. Dekabrda Saakaşvili Poroşenkonun Ukrayna hökumətində işləmək təklifindən də imtina edib.

Tiflis məhkəməsi onun barəsində qiyabi həbs qərarı çıxarıb.

İnterpress.az