İnterpress.az xəbər verir ki, bunu ölkənin prezidenti İslam Kərimov bəyan edib.
Prezident yeni seçilən ölkə Məclisinin birinci sessiyasındakı çıxışında bəzi ölkələrdə SSRİ-ni bərpa etmək cəhdlərinin olmasından narahatlığını dilə gətirib. O, həmçinin ölkəsinin Gömrük İttifaqına, eləcə də heç bir hərbi-siyasi birliyə qoşulmayacağını vurğulayıb: “Mən birmənalı olaraq bildirirəm ki, Özbəkistan Gömrük İttifaqı və ya Avroasiya İttifaqına qoşulmayacaq”.
İnterpress.az