Bələdiyyə sədri məcsid tikintisinə icazə vermədibackend

Bələdiyyə sədri məcsid tikintisinə icazə vermədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ifrat sağçı Şimal Liqası Partiyasından olan və mühacirlərə qarşı sərt mövqeyi ilə tanınan bələdiyyə sədri “twitter”də yaydığı mesajda “Yeni məscidlərə yox” yazıb.

Bitonci İtaliya mətbuatına verdiyi açıqlamada keçmişdə etdiklərinin əksinə bələdiyyədə artıq məscid ya da islami ibadət yerinin inşası üçün yer verilməyəcəyini vurğulayıb.

Bələdiyyə sədri müsəlmanların ibadət məqsədiylə istifadə etdiyi məkanlara nəzarəti artıracağını da qeyd edib.

Massimo Bitonci bundan başqa Padovada yaşayan müsəlmanları Parisdəki hücumları qınamağa, əks halda şəhəri tərk etməyə çağırıb: “Belə bir vəhşilik qarşısında səssiz qalanlara burada yer yoxdur”.

Keçən yay Padova bələdiyyəsinə sədr seçilən Massimo Bitonci əvvəllər də mühacirlər və xüsusilə də İslam əleyhinə açıqlama və aksiyalarıyla gündəmə gəlmişdi. Bitonci son olaraq keçən Ramazan ayında müsəlmanların idman salonlarından ibadət və dini mərasimlər üçün istifadə etmələrinə qarşı çıxmış, dövlət idarələrinə xaç asmağa məcburi etmişdi.

İnterpress.az