İnterpress.az erməni mətbuatına istinadən bildirir ki, təşkilatçılardan Qayane Avetisya əlaqədar orqanlara tələblərini bu aksiya vasitəsilə çatdıracaqlarını deyib.
Maşınlardan ibarət karvan Gümrünün 8-ci hərbi şəhərciyindən başlayaraq Rusiya konsulluğuna, Şirak bölgəsinin adminstrativ binasına istiqamət götürəcək. Aksiyaçıların sonuncu dayanacağı qətlə yetirilənlərin cənazə mərasiminin keçiriləcəyi “Surb Nşan” kilsəsi olacaq.
Mərasim yanvarın 16-da keçiriləcək.
İnterpress.az