İnterpress.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmisi Mariya Harf məlumat verib.
O Ərdoğanın bu fikirlərinə qarşı olduqlarını ifadə edib.
\”Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fikirlərinə qarşıyıq. Türkiyə prezidenti İsrailin baş naziri Netanyahunu terrorçu ölkənin baş naziri olmaqda habelə ikiüzlülükdə suçlayıb. Biz deyilən bütün bu sözlərə qarşıyıq\” – deyə departament sözcüsü qeyd edib.
Xanım Harf bundan başqa bildirib ki, ölkəsinin müttəfiqi olan İsraili hər bir şəkildə müdafiə edəcəklər.
“Charlie Hebdo” jurnalında Məhəmməd peyğəmbərin karikaturalarının dərc edilməsinə dəstək verdiklərini söyləyən Dövlət Departamentinin rəsmisi Mariya Harf bunu demokratiya ilə əlaqələndirib.
İnterpress.az