Lavrov ATƏT-in baş katibi ilə Qarabağı müzakirə edəcəkbackend

Lavrov ATƏT-in baş katibi ilə Qarabağı müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“EADaily” portalının məlumatına görə, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqndə məlumat verib.

Onun sözlərinə görə, görüş hər il Moskvada keçirilən beynəlxalq təhlükəsizlik üzrə konfrans çərçivəsində, aprelin 24-də keçiriləcək.

Xatırladaq ki, aprelin 15-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Rusiya XİN başçısının və Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüşü keçirilib.

Görüş zamanı Azərbaycan və Ermənistan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini siyasi və diplomatik yollarla həll etmək üçün səylərini davam etdirmək niyyətini təsdiqləyiblər. Münaqişə bölgəsində vəziyyətin xüsusilə də kənd təsərrüfatı işi zamanı daha da sabitləşməsinə diqqət çəkilib.

Onlar tərəflərin ərazisində həbsdə olan şəxslərin yaxınları ilə görüşməsinə şərait yaradılması ilə bağlı qarşılıqlı razılaşma əldə ediblər. Nazirlər insanlar arasında əlaqələrin qurulması, o cümlədən, KİV nümayəndələrinin qarşılıqlı səfərləri ilə bağlı praktiki işə başlamağa hazır olduqlarını bildiriblər.

İnterPress.az