Nalçikdə silahlılar məhv edildibackend

Nalçikdə silahlılar məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hüquq-mühafizə orqanlarındakı mənbə “İnterfaks”a bildirib ki, öldürülən silahlıların sayı dəqiqləşdirilir, ilkin xəbər olaraq onların iki nəfər olduğu açıqlanıb.

“İlkin məlumatlara görə, əməliyyatların aktiv fazası başa çatıb, silahlıların mühasirəyə alındığı əraziyə istintaq-əməliyyat qrupu göndərilib. İlkin xəbər ondan ibarətdir ki, federal qüvvələrə müqavimət göstərənlər məhv edilib”, – deyə mənbə bildirib.

Mənbə onu da əlavə edib ki, xüsusi təyinatlılar arasında itki yoxdur.

Qeyd edək ki, əməliyyat yanvarın 18-də Moskva vaxtı ilə saat 07.00-da Nalçik şəhərinin “Drujba” və “Miçurinets” bağçılıq cəmiyyətlərinin ərazisində başlanılıb. Həmin ərazidə gizlənən silahlılar əməliyyat çərçivəsində məhv ediliblər.

İnterpress.az