Bu barədə mənzil qərargahı Britaniyada yerləşən “Oxfam” xeyriyyə təşkilatı məlumat yayıb.
İnterpress.az xəbər verir ki, təşkilat bununla dünyada artan bərabərsizliyə diqqəti yönəltmək istədiyini deyib. “Oxfam” dünya liderlərinin toplaşdığı Davosda keçirilən beynəlxalq iqtisadi foruma müraciət ünvanlayıb.
Təşkilatın sədri Uinni Byanimin sözlərinə görə, bərabərsizlik ifrat həddə çatıb və varlılarla yoxsullar arasındakı fərq getdikcə daha da artır.
Humanitar təşkilat dünya ölkələrini vergidən yayınmalara qarşı mübarizə etməyə, dövlət xidmətlərinin keyfiyyətini artırmağa, həmçinin minimum əməkhaqqını artırmağa çağırıb.
İnterpress.az