Sadəcə ünsür – SƏBUHİ MƏMMƏDLİ YAZIRbackend

Sadəcə ünsür – SƏBUHİ MƏMMƏDLİ YAZIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu, “orduxanlıq”dı. Heç bir təbibin, üləmanın baş açmadığı xəstəlikdi “orduxanlıq”. Adamın mahiyyəti udur.Adamın içi budur. Bu adam bu qələtləri öz təşəbbüsüylə edə bilməz. Bu adamın ağaları var.

Təsvvür edin, ölkə başçısı Avropanın, elə dünyanın da hesab etmək olar, siyasi mərkəzində, Brüsseldədir. Prezidentimiz Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsünün 10 illiyinə həsr edilən yubiley toplantısında iştirak edir. Müxtəlif səviyyəli görüşlərə qatılır. Prezidentin Brüssel səfəri ilə bağlı ona dəstək aksiyası da keçirilir. Və…

Və qəfil bir milçək peyda olub ürək bulandırır. Bambılı kimi ortaya düşüb, bir-iki özü kimi avaranı da yanına alıb Brüssel küçələrində sülənən bu iyrnəc məxluq bəlkə də özü də nə etdiyinin fəriqində deyil. Bu adam siyasi mühacir deyil. Bu adam siyasətə, syiasi mübarizəyə heç bir dəxli yoxdur. Bu adam züy tutandır, intellekt səviyyəsi sıfırın altında olan züytutan. Ermənidən daha betər ermənidir bu kimi tiplər. Öz vətəninə, millətinə, şər-böhtan, təhqir yağdıran bu satqın tiplər üçün müqəddəs heç nə yoxdur.
Yox, əslində var. Bu söyüş ruporlarının ağaları tərəfindən yalpulu kimi verilən avrolardır onlra üçün müqəddəs. Bunlar bilirsinizmi günü-gündən niyə aqressivdirlər. Çünki bu adamları nəinki Azərbaycanda, heç Avropada belə ciddi qəbul etmirlər. Cəmiyyətin böyük təpkisi altındadırlar. İctimai qınaq bunların dəli edib. Bu adamın Brüsseldə etdiyklərindən sonra bir daha əmin oldum: Onlar məhz, hə əlinizi ürəyinizin başına rahat yoya bilrəsiniz, məhz ermənilər tərəfindən təlimatlandırılırlar. Adına siyasi mühacir qoymuş bu adamların heç biri Azərbaycanda fəal siyasi mübarizə prosesində olmayıblar. Bu adamların siyasətə dəxli yoxdur. Bunlar tamam başqa tiplərdir.

Normalda insanın damarından qan axmalıdır, bunlarda söyüş, nifrin axır. Bu tiplər anlamır ki, təhqir, təkcə siyasi münasibətlərdə deyil, şəxsi münasibətlərdə də yolverilmə zdir. Şərəf və ləyaqətin qorunması beynəlxalq hüquq normasıdır və günlərin bir günü elə sığındığın ölkədə belə buna görə cəzanı alarsan.

Bir dəfə millət vəkili Zahid Oruc Orduxan və onun ətrafındakı söyüş makinasına belə bir cavab vermişdi: “Belə şəxslərin dillərindən səslənən fikirlər onların özlərinə məxsus deyil. Həmin adamların uğurlu ictimai-siyasi fəaliyyətləri də yoxdur. Bu adamlar ən sadə zəhməti belə çəkməyiblər. Bir ağac belə əkməyiblər. Onlar yaradıcı insanlar deyillər. Yəni, faydalı iş əmsalı mənfi formalaşan şəxslər xarici dairələrin əllərində alətə çevrilirlər. Berlindən Strasburqa qədər özlərinə lövbər salan və özlərinin tərbiyəsizlikləri ilə platforma düzəltikdlərini deyənlər, müxalifətin totalitar təfəkkürlü hissəsini çox yaxşı xarakterizə edirlər. Həmin adamların adlarını çəkmək istəmirəm, onlar buna layiq deyillər. Həmin şəxslər radikal, ekstremist simalardır”.

Çox haqlıdır. Bunlar adamlıqdan çoxdan çıxıblar. Sadəcə ünsürdülər.

Vəssəlam.