Azərbaycanda külli miqdarda aksiz markasız siqaretlərin realizəsinin qarşısı alınıbbackend

Azərbaycanda külli miqdarda aksiz markasız siqaretlərin realizəsinin qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az Komitəyə istinadən xəbər verir ki, Yaradılan əməliyyat qrupunun üzvləri \”Ford Transit\” markalı yük nəqliyyat vasitəsinin Binəqədi rayonu ərazisində yerləşən \”Elit\” ticarət mərkəzinin arxasında dayandığını müəyyən edib.

Baxış zamanı 16 ədəd sellofan torbalarda yerləşdirilmiş, üzərində yerli aksiz markası olmayan 40280 ədəd \”King nano charge 4\”, 17200 ədəd \”King nano charge 3\” və 200 ədəd \”King nano charge 1\” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.Az