Flydubai pilotunun komandirə bıçaqla hücumunun səbəbi ilə bağlı ehtimallar açıqlanıb.
İnterpress.az xəbər verir ki, bunu İKPSR-nin direktoru Vera Nikişina TASS-a açıqlamasında bildirib.
O deyib ki, Flydubai aviaşirkətinin pilotunun uçuş zamanı təyyarə komandirinə bıçaqla hücum etməsinin səbəbi psixoemosional qeyri-sabitlik və ya terror niyyəti ilə bağlı ola bilər.
Onun sözlərinə görə, hadisədən sonra aviaşirkətin pilotların uçuşdan əvvəl ekspertizadan keçirilməsi proseduruna yenidən baxılması məsələsini gündəmə gətirməsi mümkündür.
Xuraman Etibarlı
İnterpress.az






