ABŞ-ın “moda ikonası” vəfat edib – FOTObackend

ABŞ-ın “moda ikonası” vəfat edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, ABŞ-ın “moda ikonası” öz evində uzun sürən mədə xərçəngindən dünyasını dəyişib. Aktrisa və modelyerin ölüm xəbərini onun kiçik oğlu təsdiqləyib.

Vanderbildt XIX əsr maliyyə maqnatı Kornelius Vanderbiltin nəvəsi idi. Bibisi onu və anasını atasından miras qalan varidatı məhkəmə yolu ilə ələ keçirməkdə ittiham edirdi. Buna görə ötən əsrin ikinci yarısında yerli mətbuatda onu “balaca kasıb zəngin qız” kimi qələmə verirdilər.

Vanderbiltd zəngin karyerası ərzində bir neçə teleserialda çıxış edib, şeirlər toplusundan ibarət kitabı çıxıb. 1960-cı illərdə dizayn verdiyi yataq dəstləri, cins şalvarlar, qab-qacaq, mətbəx ləvazimatları ilə məşhurlaşıb. “GV Ltd.” brendi altında milyonlara cins buraxıb.

ABŞ-ın “moda ikonası” vəfat edib - FOTO[/center]

ABŞ-ın “moda ikonası” vəfat edib - FOTO

ABŞ-ın “moda ikonası” vəfat edib - FOTO

İnterpress.az