“Azərbaycanda nümunəvi dövlət-din münasibətləri mövcuddur” – Rektorbackend

“Azərbaycanda nümunəvi dövlət-din münasibətləri mövcuddur” – Rektor

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Bakıda keçirilən \”İslam Sivilizasiyası Qafqazda\” adlı II beynəlxalq simpoziumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan dünyada tolerantlıq və multikulturalizm ideyalarını təbliğ və tətbiq edən nümunəvi bir ölkə kimi tanınır: \”Bu ideyaların təbliğində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır\”.

Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin mövcud olduğunu bildirən C.Məmmədov ölkədə çox sayda məscid, kilsə və sinaqoqun dövlət vəsaiti hesabına tikildiyini, həmçinin təmir edildiyini diqqətə çatdırıb: “Qafqazın ən böyük məscidi olan “Heydər Məscidi”nin inşa edilib inanclı insanların istifadəsinə verilməsi, din sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması, dini-mənəvi sferaya dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması bunun ən bariz nümunələrindəndir”.

Rektor onu da qeyd edib ki, İslam sivilizasiyasının inkişafında qafqazlı, xüsusən də azərbaycanlı alimlərin özünəməxsus yeri danılmazdır.

İnterpress.az