Qazaxıstanda rusiyalıya avtomobil SATMADILARbackend

Qazaxıstanda rusiyalıya avtomobil SATMADILAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda Rusiya vətəndaşına sanksiyalara görə avtomobil satmaqdan imtina edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Qazaxıstanda yaşayan Rusiya vətəndaşına avtomobil almaqdan imtina edilib. Buna səbəb kimi sanksiyalar və onun pasportunun “uyğun rəngdə olmaması” göstərilib.

Məlumata görə, həmin şəxs Qazaxıstana müvəqqəti gəlmiş turist deyil. O, ölkədə mənzilə və bütün lazımi sənədlərə malik daimi rezidentdir.

Qadağanı aşmaq nisbətən asandır – rus qazaxıstanlı dostundan avtomobili almasını xahiş edə və sonra onu öz adına qeydiyyatdan keçirə bilər.

Xuraman Etibarlı

İnterpress.az