Dövlət Komitəsində Rusiyanın Azərbaycandakı səfiri ilə görüş keçirilibbackend

Dövlət Komitəsində Rusiyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, DİDK-nın fəaliyyəti, siyasəti və təcrübəsi haqqında qısa məlumat verən Dövlət Komitəsinin sədri deyib ki, siyasi proseslərdən uzaq olan qurumun əsas məqsədi xaricdəki soydaşlarımızın milli, mədəni kimliyini qoruyub saxlamaq, onların ana dilini unutmaması, həmçinin yaşadıqları ölkələrin dilini daha mükəmməl mənimsəməsi üçün layihələr həyata keçirməkdir. Rusiyadakı soydaşlarımız və Azərbaycan diaspor təşkilatlarının fəaliyyətindən danışan DİDK sədri bu sahədə iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığı daha da inkişaf etdirməyin vacib olduğunu qeyd edib.

Səfir Mixail Boçarnikov isə öz növbəsində ölkəsinin diaspor siyasəti haqqında informasiya verib, çalışdığı dövlətlərdəki rus diasporunun fəaliyyəti ilə bağlı əldə etdiyi təcrübəni bölüşüb. Hazırda Azərbaycandakı rus icmasının fəaliyyətindən bəhs edən səfir deyib ki, burada 300-400 minlik rus icması var.

Görüşdə Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının işini daha da yaxşılaşdırmaq və gələcək əməkdaşlığı daha da genişləndirmək məqsədilə belə müzakirələrin mütəmadi keçirilməsi, eləcə də DİDK ilə Rusiyanın müvafiq strukturunun rəhbərliyi arasında görüşlərin təşkil edilməsi təklif olunub.

İnterpress.az