Azərbaycan idmançısı stronqmen üzrə dünya çempionatında iştirak edirbackend

Azərbaycan idmançısı stronqmen üzrə dünya çempionatında iştirak edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Stronqmen Federasiyasından İnterpress.az-a bildiriblər ki, turnirdə 20 ölkədən xüsusi dəvət əsasında çağırılmış 44 idmançı 110 kiloqram çəki dərəcəsində birincilik uğrunda mübarizə aparır.

Yarışda ölkəmizi Azərbaycan çempionatının gümüş medalçısı, Avrasiya çempionatının bürünc mükafatçısı Namiq Mehdiyev təmsil edir.

İdmançımız turnirdə Azərbaycan Stronqmen Federasiyasının prezidenti Bəxtiyar Quliyevin rəhbərliyi altında mübarizə aparır.

İnterpress.az