Azərbaycan DÇ-nin sərbəst güləş yarışlarını beş medalla tamamladıbackend

Azərbaycan DÇ-nin sərbəst güləş yarışlarını beş medalla tamamladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında Azərbaycanın daha bir medalının əyarı müəyyənləşib.

İnterpress.az xəbər verir ki, sərbəst güləşdə Hacımurad Məhəmmədsəidov finalda, Şamil Zubairov bürünc medal uğrunda görüşdə iranlı rəqiblərinə məğlub olub.

Nəticədə Azərbaycanın bu gün cəmi bir medalla kifayətlənməsi müəyyənləşib.

Bununla da Azərbaycan sərbəst güləş yarışını beş medalla tamamlayıb.

Komandamız bir qızıl, iki gümüş və iki bürünc medal qazanıb.