Mən Azərbaycan gündəmi ilə yanaşı, Türkiyə gündəmini də təqib edən biriyəm. Siyasətçi deyiləm, amma hadisələrə öz yanaşmam var. bir neçə gün əvvəl Türkiyə prezidenti R.T. Ərdoğan sabiq TUSİAD başqanına yönələn tənqidlə çıxış etdi və başqanın “Paralel Yapı” yoxdur deməyinə çox əsəbləşdi.
Fətullah Gülən camaatının necə Amerika ilə birlikdə işlədiyin, Amerikanın agenti olduğunu qeyd etdi və yenə faktlar səsləndirdi.
Dedi ki: “Amerikaya qaçma tarixinə nəzər salın. Həbs ediləcəkdi və Amerika Güləni öz ölkəsinə apardı. Buna görə də Güləni bizə verməyəcək Amerika” Və üstəlik də əlavə elədi ki, bu camaatın məqsədi dini dövlət yaradıb, Türkiyənin laikliyinə zərbə vurmaqdı. Məqsədləri ordunu aradan qaldırmaq idi və bacardılar da.
Cənab Ərdoğan bu qədər unutqandırsa niyə ona xatırlatmırlar ki, axı ordu sizin hakimiyyətiniz zamanında məhv edildi. İdeya Gülənin idisə, hərəkət sizdən oldu. Baş Gülən idisə, ayaq və əl də AKP idi. Kimin sayəsində məqsədlərinə nail oldular? Gülən günahkardırsa, onun qədər AKP höküməti də günahkardı və hətta ondan daha az günahkar deyil. Çünki, iki sistem bir birini bəslədi. Bu aşkardır…
Gələk Ərdoğanın açıqlamalarına. Deyir ki, camaatın məqsədi Türkiyənin layikliyinə zərbə vurub, dini dövlət qurmaqdi. Cənab Ərdoğan görəsən bunu indi bildi ya başından bəri bu layihənin bir parçasıydı? Bu mənada Gülən cinayətkardırsa Türkiyənin başında olan AKP-çilər də cinayətkardır. \”Biz bilməmişik\” deməklə bu işdən yaxa qurtarmaq mümkün deyil. Milli İstihparat Teşkilatı (MİT) bilməyibsə, şəxsən siz bilməmisinizsə bunun günahı yenə sizdədir ki, AKP-nin bacarıqsızlığı Türkiyə Cumhuriyyətini bu gün bu hala salıb.
Gələk digər məqama. Deyir ki, camaatın məqsədi dini dövlət yaratmaqdır. Yaxşı deyək ki, məqsədləri budur. Bu dediyiniz məyər yeni bir xəbərdir? Bunu Türkiyədə bilməyən varmı? Məz bu məqsədlər üçün birlikdə çalışdınız və birlikdə birçox istəklərinizə nail oldunuz. Ordunun söz sahibi olmaması istəyi ən çox sizin istəyiniz idi. Əgər belə olmasaydı indi Türkiydə “R.T. Ərdoğan nə dedisə odur” sistemi yaratmazdınız. Ən azından yenidən ordu gücünü, ordu sözünü bərpa edərdiniz.
Amma sizin də dediyiniz kimi, əgər Gülənçilərin məqsədi dini dövlət yaratmaqdırsa ən azından bu bəli bir məqsədləri var və bu sir deyil. Yəni məqsədləri aydındır. Ən azından Türkiyəni PKK ya peş-kəş çəkməyə, Apo ilə masa arxasına oturmağa və azadlığa buraxmaq kimi istəyə düşmə cəsarətləri olmayıb… Bunu ki, AKP hakimiyyəti edir!
Bəs AKP-nin məqsədi nədir? Bu isə bilinmir. Ən azından görünən odur ki, “Yeni” Türkiyə istiqamətində görülən işlər Atatürkün Türklərə əmanət etdiyi Türkiyənin işini əmanət daha da pisləşdirir. Təbii ki, infrostruktur dəyişikliklərini çıxmaq şərti ilə.
Fətullah Gülən prezident deyil, din adamıdır. “Yeni” Türkiyə ideyasına ortaya atıb PKK ilə anlaşan Gülən deyil, AKP hakimiyyətidir və ideya müəllifi hörmətli Ərdoğandır.
Bu ideya naminə Ermənilərlə yaxınlaşmağa fürsət axtaran, hər kiçik hadisədən istifadə edib Sarkisyanla yan-yana gəlmək istəyən, Futbol matçı izləyən, ticarətə girişməyə cəhd göstərən, yaxınlaşmaq naminə hətta Çanaqqala hadisələrindən ermənilərə pay verən, Erməniləri də qəhrəman göstərən və nəhayətində Sarkisyanın gəlməyəcəyini bildiyi halda Türkiyəyə dəvət edən kimdir? “Yeni” Türkiyə ideyasının müəllifi cənab Ərdoğan!
Deyəsən “Yeni” Türkiyədə Türklərdən başqa bütün millətlərə yer olacaq. Krım Türklərinə görə səs şıxarmayan Türkiyə prezidenti Ərdoğan, Misirdəki hadisələrə görə Sisi ilə düşmən oldu, Uyğur Türkləri həftələrlə Atatürk hava limanında qaldığı halda Suriyadakı ərəblərə görə B. Əsədə meydan oxudu və sərhədləri suriya qaçqınlarına acid. Görünən odur ki, “Yeni” Türkiyə Türklərsiz qurulur və Türklər bu Türkiyədə nəzərə alınmayıb.
Qayıdaq Çanaqqala hadisəsini 100 illiyi münasibəti ilə təşkil olunacaq mərasimə Sarkisyanın da dəvət edilməsini. Cənab Ərdoğan deyir ki, Çanaqqalada Türklərlə yanaşı ermənilər də savaşıb. Türkiyədə olduğu kimi, Azərbaycanda da etniklər var və bu insanlar Azərbaycan vətəndaşıdır. Təbii ki, savaş olsa bu insanlar da vətəndaşı olduqları, yaşadıqları vətənlərini müdafiə üçün savaçacaq və şəhid olacaq.
Çanaqqalada erməni əsilli Türk vətəndaşları savaşıb deyə bu o deməkdir ki, orda ermənilər xüsusi anılmalıdır və Erməni xalqı qəhrəman göstərilməlidir?
Əgər belə olsaydı Azərbaycan xalqı dünyada qəhrəman xalq elan olunmalıdır. Ermənistanda 1 nəfər də olsun Azərbaycanlı yaşamadığı halda Azərbaycan öz torpaqlarında bu gün də erməniləri saxlayır. Ermənilər bizi niyə qəhrəman elan etmir görəsən? Demək ki, ermənilərin məqsədi barış və birgəyaşama, qonşularla 0 problem deyil, əksinə qonşularla maksimum problemdir. Hörmətli Ərdoğanın bunları yaxşı bildiyi halda Sarkisyanı israrla Türkiyəyə dəvət etməsi, Sarkisyanın da israrla yox deməsi Türkiyə və Türkləri aşağılayır məncə.
Hələ yeni təqvimə \”bilməyərəkdən, səhvən\” saldıqları erməni \”soyqırımı\” abidəsisnin səklini demirəm. Bu nəyə xidmət edir? Sonra da açıqlama verirlər ki, “səhvən olub, burda nə var ki, dostluğa xidmət etsin”.
Sarkisyan ikinci dəfədir ki, Ərdoğanın dəvətinə “YOX” deyir. Bununla da kifayətlənməyib, Ərdoğana \”gözəl sözlər\” də deyib. Deyib ki: “boş, mənasız, düşüncəsiz və lağ-lağı bir dəvətdir”. Alın sizə cavab!
Ərdoğan da sözcüsü vasitəsi ilə cavab verib. Deyib ki: “Sarkisyanın bizə dediyi bu sözləri özünə qaytarırıq. Ermənilər barış istəmir”.
Sən demə belə imiş…
Burda deyərlər, indi ayıldız? Bunu da mı bilmirdiniz? Güləni bilmirdiniz, PKK-nı bilmirdiniz, Ermənilərin qürurunu və məqsədlərini bilmirdiniz, təqvimə \”erməni soyqirimi\” səklini salınmağını bilmirdiniz bəs nəyi bilirdiniz?
AKP-nin bilgisizliyinin bədəlini Türklər mi ödəməlidir? Bu Erməni prezidenti Sarkisyanin qüruru və xalqının qürurunu yüksək tutması, həm də xalqının gözündə xal qazanması… Digəri də Türkiyə prezidenti və məncə Türkiyənin və Türklərin qürurunu sındıran Ərdoğan.
Bütün bunlar Türkiyədə indiki hökümətin və xalqın gözü önündə baş verir. Bilərək və ya bilməyərək edilən səhvlərin bir bədəli var mütləq. Bu bədəl bir gün ödəniləcək. Şəxslərin səhvi özünə və ətrafına, dövlətin başında duranların səhvi isə dövlətə və millətə zərər verər.