ABŞ-ın Nyu-York şəhərində 127 illik su şəbəkəsinin partlaması nəticəsində metro stansiyasını su basıb, 3 nəqliyyat xəttində fasilələr yaranıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ-ın Nyu-York şəhərindəki məşhur Tayms Meydanında 40 və 7-ci prospektlərin altından keçən 127 illik su şəbəkəsi partlayıb.
Şəhərin mərkəzi küçələri və şəhərin ən işlək metro stansiyası su altında qalıb.
Böyükşəhər Nəqliyyat İdarəsi (MTA) metroya təxminən 1,8 milyon gallon suyun axdığını və 3 metro xəttində fasilələr olduğunu açıqlayıb. Nyu York Ətraf Mühitin Mühafizəsi Departamenti bildirib ki, qruplar sızmanın mənbəyini tapmaq və su axınını kəsmək üçün təxminən bir saat çəkib.
Nyu Yorkda köhnə su və kanalizasiya xətlərinin yenilənməsi üçün son 3 ildə 1,9 milyard dollar xərcləndiyi öyrənilib.