13 yaşlı qız 16 yaşlı oğlana ərə gedib – Polis cinayət işi başladıbbackend

13 yaşlı qız 16 yaşlı oğlana ərə gedib – Polis cinayət işi başladıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda Kaxeti bələdiyyəsinin kəndlərindən birində 13 yaşlı qız 16 yaşlı oğlana ərə gedib.

Bu barədə interpress.az yerli mediaya istinadən xəbər verir.

Belə ki, yeniyetmələr bir neçə gündür itkin düşüblər.

Qızın atasının sözlərinə görə, oğlan qızını aldadaraq evdən çıxarıb və qaçırıb

Qızın atası deyir ki, oğlanın ailəsi əvvəllər qıza elçi düşsələr də, onlara rədd cavabı verilib.

Oğlanın ailəsi qızın könüllü olaraq qoşulub qaçdığını iddia edir və bildirir ki, bunu sübut edən səsli mesaj və məktub da var.

Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 143-cü (qanunsuz olaraq azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.