Almaniyada keçmiş istilik elektrik stansiyasının 130 metrlik korpusu partladılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.
Almaniyanın Aşağı Saksoniya vilayətində vaxtilə kömürlə işləyən köhnə istilik elektrik stansiyasının 130 metr hündürlüyündəki sexi idarə olunan partlayışla yerlə-yeksan edilib.
Nəhəng sənaye konstruksiyasının demontajı üçün təxminən 700 kiloqram partlayıcı maddədən istifadə olunub.
Sökülən stansiyanın yerində yeni müasir enerji obyektlərinin inşası planlaşdırılır.
Məlumata görə, ərazidə qalan 250 metr hündürlüyə malik nəhəng tüstü borusu isə gələn il eyni üsulla partladılaraq söküləcək.
Xuraman Etibarlı
İnterpress.az






