Bütün deputatların veb-səhifələri yaradılacaqbackend

Bütün deputatların veb-səhifələri yaradılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin saytı yenilənəcək.

İnterpress.az-ın məlumatına görə, bu barədə parlamentin Elm və təhsil komitəsinin iclasında komitə sədri Bəxtiyar Əliyev bildirib.

O deyib ki, parlamentin hər bir komitəsinin ayrıca saytı olacaq. Bəxtiyar Əliyev onu da əlavə edib ki, hər bir deputatın veb-səhifəsi yaradılacaq. 

“Bu veb-səhifələr vasitəsilə deputatlarla əlaqə qurulacaq, müzakirələr aparılacaq”, – deyə komitə sədri əlavə edib. 

İnterpress.az