FIFA yığma komandaların iyun oyunlarını təxirə salmağı tövsiyə etdibackend

FIFA yığma komandaların iyun oyunlarını təxirə salmağı tövsiyə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusun yayılma vəziyyətini izləyən Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) İşçi Qrupu təşkilat şurasının bürosuna milli yığma komandaların iyun ayı üçün nəzərdə tutulan bütün matçlarını təxirə salmağı tövsiyə edib.

FIFA-nın mətbuat xidməti tərəfindən yayılmış məlumatda bildirilir ki, tövsiyə həm kişi, həm də qadın komandalarının oyunlarına şamildir.

Həmçinin İşçi Qrupu FIFA şurasının bürosuna 2022-ci il dünya çempionatının seçmə matçlarının planlaşdırılması üzrə konfederasiyaların nümayəndələri ilə ikitərəfli danışıqlar aparmağı, eləcə də qadın komandaları arasında Olimpiya Oyunlarına seçmə turnirin keçirilməsi üçün yeni tarixləri beynəlxalq təqvimə daxil etməyi tövsiyə edib.

Qeyd edək ki, UEFA artıq iyunda milli komandaların bütün oyunlarını qeyri-müəyyən müddətə təxirə salıb.

İnterpress.az