ABŞ alimləri koronavirusu ağırlaşdıran səbəbi açıqladıbackend

ABŞ alimləri koronavirusu ağırlaşdıran səbəbi açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus xəstəliyi səhhətində xroniki problem yaşayan və siqaret çəkən xəstələrdə mütləq şəkildə daha ağır keçir.

“The Philadelphia Enquirer”in məlumatına görə, bunu ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən (CDC) bildiriblər.

ABŞ-da 7 162 yoluxmuş insanın xəstəlik tarixçəsi toplanıb. Açıqlanan sənədlərdə vətəndaşların xroniki xəstəlikləri və zərərli vərdişləri haqqında məlumatlar olub.

CDC-nin sənədlərindən belə məlum olur ki, siqaret çəkənlər belə vərdişi olmayanlara nisbətən xəstəliyə daha çox meyillidirlər. Yoluxmuş siqaret çəkənlərin orta hesabla dörddə biri xəstəxanalara göndərilib.

Eyni zamanda, hesabatda deyilir ki, koronavirus pandemiyası zamanı siqaretin zərərləri Çindən olan mütəxəssislərin məlumatları ilə də təsdiqlənir.

İnterpress.az