Bakıda bir mənzildən iki dəfə oğurluq edən şəxs ələ keçdibackend

Bakıda bir mənzildən iki dəfə oğurluq edən şəxs ələ keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda eyni evdən iki dəfə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

İnterpress.az xəbər verir ki, Z.Məmmədov martın 27-də Xətai rayonu, M.Hadi küçəsində yerləşən mənzillərdən birinə eyvanda olan taxta qapıdan daxil olmaqa, yataq otağından 350 manat dəyərində olan bir ədəd “Zinger” markalı tikiş maşını, aprelin 6-da isə eyni mənzildən 50 manat dəyərində “TP-Link” markalı modem aparatı və 750 manat dəyərində olan “Sony” markalı televizoru oğurlamaqda şübhəli bilinir.

Ev sahibinə 1150 manat dəyərində zərər dəyib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlayıb.

Z.Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

İnterpress.az