“Kobra” Pərviz “Survivor”u tərk etsə də, koronavirusa görə Bakıya gəlməyəcəkbackend

“Kobra” Pərviz “Survivor”u tərk etsə də, koronavirusa görə Bakıya gəlməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pərviz Abdullayev ən azı mayın ortasınadək Dominikanda qalacaq. Ondan əvvəl “Survivor”dan çıxanlar da həmin ölkəni tərk etməyib. Onlar hamısı hoteldə qalır”.

Bunu Oxu.Az-a “Kobra” ləqəbli kikboksçumuz Pərviz Abdullayevin şəxsi məşqçisi Mehman Umudov deyib.

O, dünən SMS səsverməsi ilə “Survivor” yarışını tərk etmiş Pərviz Abdullayevin Bakıya qayıtmayacağını bildirib:

“İndi heç bir ölkəyə uçuş yoxdur. Uçuş olsa, ABŞ-a, ordan da Türkiyəyə getməlidir. ABŞ bütün sərhədlərini xarici ölkələrin üzünə bağlayıb. Türkiyədə də karantinə alınacaq. Elə Dominikanda qalsa, yaxşıdır”.

Qeyd edək ki, Şimali Amerika materikində – Karibyanı dəniz hövzəsi ölkəsi olan Dominikan Respublikasında 1956 nəfər koronavirusa yoluxub. Lakin həmin ölkədə hələlik ölüm faktı qeydə alınmayıb.

İnterpress.az