Bu şəhər və rayonlarda pensiyalar ödənildibackend

Bu şəhər və rayonlarda pensiyalar ödənildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının bu rayonlarında pensiya ödənişi həyata keçirilib.

İnterpress.az xəbər verir ki, Səbail, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonları, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu üzrə ödənişlər artıq tamamlanıb.

Pensiya vəsaitləri həmin rayonlar üzrə pensiyaçıların (197 216 nəfər) bank hesablarına köçürülüb.

Sabah Nizami, Nərimanov və Xətai rayonları üzrə pensiyalar ödəniləcək. Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə isə ayın 10-da ödənilməsi nəzərdə tutulur.

Ayın 15-də digər rayonlar üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq və artıq bütün ölkə üzrə aprel ayının pensiyalarının ödənişi prosesi başa çatacaq.

Ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

Pensiyaçıların yaxınları, ailə üzvləri (evdən çıxmaq üçün müvafiq icazə əsasında), habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya POS-terminallarından alaraq sahiblərinə çatdıra bilərlər. Bu zaman hər hansı faiz tutulmayacaq.

İnterpress.az