Bakıda ağır qəza: Polis vəfat etdibackend

Bakıda ağır qəza: Polis vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

İnterpress.az-ın məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Səyyad Həzrətquliyevin idarə etdiyi “Mercedes” markalı yük maşını ilə Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Ramin Cəfərovun idarə etdiyi “Changan” markalı avtomobil toqquşub.

Nəticədə, R.Cəfərov hadisə yerində vəfat edib.

Qeyd edək ki, o, Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşıdır.

İnterpress.az