Gənc müəllimlərdən çağırış: “Evdə qal, poeziyasız qalma” – VİDEObackend

Gənc müəllimlərdən çağırış: “Evdə qal, poeziyasız qalma” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus infeksiyasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi dövründə evdə qalan insanların vaxtlarının səmərəli keçirilməsi üçün daha bir aksiya həyata keçirilib.

İnterpress.az xəbər verir ki, aksiya Ümumdünya Səhiyyə Təşkilatının \”Evdə qal\” çağırışının prinsiplərinə əsaslanaraq reallaşdırılıb.

Belə ki, aksiya gənc müəllimlərin ev şəraitində özlərinə məxsus şeir ifa etməsi ilə baş tutub.

Onlayn aksiyada respublikanın bölgələrindən müxtəlif fənn müəllimləri iştirak edib.

İfa olunan bütün şeirlər isə koronavirus infeksiyasının yayıldığı bir dövrdə Azərbaycan xalqının sağlamlığı və rifahı üçün çalışan insanlara həsr olunub.

Gənc müəllimlər bununla da insanları evdə qalmağa, amma poeziyasız qalmamağa çağırıb.

Qeyd edək ki, layihənin ideya müəllifi gənc müəllim Aynur İbrahimovadır.