Sabir Rüstəmxanlı: “Bizim rayonlara getməyimiz üçün hüquqi icazə olmalıdır”backend

Sabir Rüstəmxanlı: “Bizim rayonlara getməyimiz üçün hüquqi icazə olmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin plenar iclasında çıxış edən deputat Sabir Rüstəmxanlı deputat köməkçilərinin təsdiqi ilə bağlı problemin həll olunmasını istədi.

Deputat bildirdi ki, onun köməkçisi seçildiyi Neftçala rayonunda 200-ədək ailəyə yardımlar paylayıb, amma o, rəsmən köməkçi təyin olunmayıb. S.Rüstəmxanlı kəndlərin birində bələdiyyə sədri ilə yerli camaaat arasında konfliktin yaşandığını da söylədi: “Amma qoyulan qadağalarla əlaqədar ora getmək mümkün deyil, ordakı köməkçimə də deyə bilmirəm, çünki xüsusi statusu yoxdur. Ona görə xahiş edirəm məsələ təcili həllini tapsın”.

Deputat bildirdi ki, onların seçicilərlə görüşə gedə bilməməsi yanlış rəylərə səbəb ola bilər: “Belə çıxar ki, biz elə seçildik, gəlib oturduq burda. Məncə, bizim rayonlara getməyimiz üçün hüquqi icazə olmalıdır”.

S.Qafarova dedi ki, deputatların bir çoxunun köməkçilərinin sənədləri hazır deyil. Sədrin sözlərinə görə, çox təəssüf ki, bir çox deputatların köməkçiləri Bakıda qeydiyyatdadır, amma onlar guya rayonlarda fəaliyyət göstərir.

İnterpress.az