İctimai Televiziya və Radio Yayımları Şirkəti hesab edir ki, “Eurovizion” mahnı müsabiqəsidir və xoş məram güdən bu yarışma hansısa ölkənin siyasi ambisiyasının qurbanı ola və siyasi meydana çevrilə bilməz: “İctimai Televiziya və Radio Yayımları Şirkəti olaraq bəyan edirik ki, əgər bu xəbər təsdiqlənsə, biz də həmin müsabiqədə adekvat addım atacağıq”.
Xatırladaq ki, ötən gün yayılan xəbərdə Ermənistanın Vyanada keçiriləcək \”Eurovision-2015\” mahnı müsabiqəsində qondarma erməni soyqırımı ilə bağlı mahnı təqdim edəcəyi bildirilirdi.
Bildirilir ki, müsabiqədə Ermənistanda və 5 qitədə yaşayan erməni müğənnisi qondarma erməni soyqırımından bəhs edən \”İnkar etməyin\” (Don՛t Deny) mahnsını ifa edəcəklər.
İnterpress.az