İndoneziyada DƏHŞƏTLİ HADİSƏ: 8 metrlik piton qadını UDDU – FOTObackend

İndoneziyada DƏHŞƏTLİ HADİSƏ: 8 metrlik piton qadını UDDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyada 8 metrlik piton qadını bütöv şəkildə udub.

İnterpress.az xəbər verir ki, bu barədə “AsiaOne” portalı məlumat yayıb.

İndoneziyanın Şimali Maluku vilayətində təbiətdə olduqca nadir hallarda rast gəlinən dəhşətli və qorxulu bədbəxt hadisə baş verib. 44 yaşlı yerli sakin Elisabet Yamalau öz fərdi təsərrüfatında nəhəng torlu piton tərəfindən bütövlüklə udulub.

Məlumata görə, qadın günorta saatlarında evlərindən təxminən 300 metr məsafədə yerləşən bağ sahəsinə inəyi digər tərəfə keçirmək məqsədilə yollanıb və geri qayıtmayıb. Üç saatdan çox vaxt keçdikdən sonra narahat olan həyat yoldaşı, 52 yaşlı Benyamin Lanto onu axtarmağa başlayıb.

Bağ sahəsinə gələn ər orada qarnı hədsiz dərəcədə şişmiş nəhəng ilan aşkar edib. İlanın ağzından kiminsə bədən hissəsinin asılı qaldığını görən Benyamin dəhşətə gəlib.

O, əlindəki kəsici alətlə dərhal pitonun başını kəsərək öldürüb və ilanın qarnını yararaq həyat yoldaşını xilas etməyə çalışıb. Lakin artıq çox gec olub – ilanın daxilindən çıxarılan qadın artıq boğularaq dünyasını dəyişib.

Yerli polisin verdiyi məlumata görə, qadının cəsədi kənd sakinlərinin köməyi ilə evə gətirilib və dəfn edilib. İnsidentə səbəb olan torlu pitonun uzunluğunun təxminən 7,8 metr olduğu qeyd edilib.

Asayiş keşikçiləri yağış mövsümündə bu növ sürünənlərin daha fəal və aqressiv olduğunu vurğulayaraq, meşəlik və kolluq sahələrdə işləyən və ya səyahət edən sakinlərə maksimum dərəcədə ayıq-sayıq olmağı tövsiyə ediblər.

Qeyd edək ki, İndoneziyada nəhəng ilanların insanları bütövlükdə udması ilə nəticələnən bədbəxt hadisələr olduqca nadir olsa da, son illərdə bir neçə dəfə qeydə alınıb.

Xuraman Etibarlı

İnterpress.az