“Omeqa-3” əfsanəsinin SONU: Balıq yağının beyin fəaliyyətinə heç bir təsirinin olmadığı SÜBUT EDİLDİbackend

“Omeqa-3” əfsanəsinin SONU: Balıq yağının beyin fəaliyyətinə heç bir təsirinin olmadığı SÜBUT EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milyonların inandığı “Omeqa-3” əslində tamamilə faydasız əlavə imiş.

İnterpress.az xəbər verir ki, bu barədə “The Lancet” elmi jurnalı məlumat yayıb.

Onilliklər boyu insanların böyük ümidlərlə inandığı və sağlamlıq, xüsusən də yaddaş üçün olduqca faydalı hesab etdiyi “Omeqa-3” əlavəsinin əslində bir mif olduğu ortaya çıxıb.

Aparılan yeni və genişmiqyaslı elmi araşdırma balıq yağının (Omeqa-3) beyin fəaliyyətinə heç bir müsbət təsir göstərmədiyini sübut edib.

Alimlər iki il ərzində 55-80 yaş arasında olan 365 könüllünü yaxından müşahidə ediblər. Könüllülərin bir hissəsi hər gün müntəzəm olaraq “Omeqa-3” qəbul etdiyi halda, digər yarısına sadəcə təsirsiz maddə – plasebo verilib.

Sınaqların sonunda hər iki qrupun beyin fəaliyyəti və yaddaş göstəriciləri arasında heç bir fərq qeydə alınmayıb.

Araşdırma nəticəsində məlum olub ki, “Omeqa-3” əlavəsinin inanılmaz faydaları haqqında əfsanə sadəcə olaraq çoxlu balıq yeyən insanların ümumilikdə daha yaxşı qidalanması və sağlam həyat tərzi sürməsi səbəbindən yaranıb.

Yəni sağlamlıq göstəricilərinin yaxşı olması süni şəkildə qəbul edilən balıq yağı həbləri ilə deyil, ümumi düzgün qidalanma vərdişləri ilə birbaşa bağlıdır.

Dietoloqlar və həkimlər vətəndaşlara sintetik vitaminlər və qida əlavələri əvəzinə, təbii qidalara, tərəvəzlərə və təzə balıq məhsullarına üstünlük verməyi tövsiyə edirlər.

Xuraman Etibarlı

İnterpress.az