Ermənistanda TƏBİİ FƏLAKƏT: Toyuq yumurtası böyüklüyündə dolu avtomobilləri və əkinləri MƏHV ETDİ – VİDEObackend

Ermənistanda TƏBİİ FƏLAKƏT: Toyuq yumurtası böyüklüyündə dolu avtomobilləri və əkinləri MƏHV ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Şirak vilayətinə toyuq yumurtası böyüklüyündə dolu yağıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Ermənistanın şimal-qərb bölgəsində yerləşən Şirak vilayətində güclü dolu yağması fəsadlara və ciddi təşvişə səbəb olub.

Ermənistan Hidrometeorologiya və Monitorinq Mərkəzinin direktor müavini Qagik Surenyan özünün “Facebook” sosial şəbəkə hesabında video paylaşaraq Şirak vilayətinə toyuq yumurtası böyüklüyündə dolunun yağdığını bildirib.

Güclü dolu və leysan yağışları kənd təsərrüfatı sahələrinə və yaşayış binalarının dam örtüklərinə ciddi ziyan vurub.

Yerli sakinlərin verdiyi məlumata görə, qeyri-adi böyüklükdə olan dolu dənələri avtomobillərin şüşələrini və evlərin pəncərələrini sındırıb, ərazidəki meyvə bağlarını və əkin sahələrini tamamilə məhv edib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri fəlakət bölgəsində dəymiş ziyanın həcmini müəyyənləşdirirlər.

Sinoptiklər yaxın günlərdə regionda qeyri-sabit hava şəraitinin, şimşək çaxmasının və leysan yağışlarının davam edəcəyi barədə xəbərdarlıq ediblər.

Xuraman Etibarlı

İnterpress.az