Əyləncə FƏLAKƏTLƏ BİTDİ: Nəhəng şişmə batut uşaqlarla birlikdə havaya UÇDU – VİDEObackend

Əyləncə FƏLAKƏTLƏ BİTDİ: Nəhəng şişmə batut uşaqlarla birlikdə havaya UÇDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikada güclü külək nəhəng şişmə batutu uşaqlarla birlikdə havaya uçurub.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Meksikada uşaqlar üçün nəzərdə tutulmuş əyləncə attraksionu dəhşətli qəza ilə nəticələnib. Torreon şəhərindəki konfrans mərkəzinin yaxınlığında quraşdırılmış nəhəng şişmə batut qəfil və güclü külək nəticəsində üzərində tullanan uşaqlarla birlikdə havaya qalxaraq uçub.

Hadisə zamanı batutun daxilində olan azyaşlılardan ən azı 10-u müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerində olan valideynlər və ətrafdakı insanlar xəsarət alan uşaqları xilas etmək üçün dərhal köməyə qaçıblar. Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, bədbəxt hadisəyə fırtınalı hava şəraiti ilə yanaşı, şişmə batutun yerə lazımi qaydada bərkidilməməsi və təhlükəsizlik qaydalarına riayət olunmaması səbəb olub.

Faktla bağlı polis və mülki müdafiə orqanları tərəfindən genişmiqyaslı araşdırma başladılıb. Attraksionu quraşdıran məsul şəxslərin məsuliyyətə cəlb olunması məsələsinə baxılır.

Həkimlər yaralı uşaqların müalicəsini davam etdirirlər, xoşbəxtlikdən onlardan heç birinin həyatı üçün təhlükə olmadığı bildirilir.

Xuraman Etibarlı

İnterpress.az