Hindistanda dəmir yollarında qatar sərnişinlərinin növbəyə durması üçün əli dəyənəkli nəzarətçilər işə götürülüb.
İnterpress.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.
Hindistanda dəmir yolu nəqliyyatında sərnişinlərin təhlükəsizliyi və platformalarda asayişin qorunması məqsədilə fərqli üsul tətbiq olunmağa başlayıb.
Qatar stansiyalarında platformalara minik zamanı xaotik sıxlığın qarşısını almaq və heç kimin növbəni pozmamasını təmin etmək üçün əli dəyənəkli xüsusi nəzarətçilər işə cəlb edilib.
Bu nəzarətçilər qatarlara minərkən yaranan izdihamın qarşısını alır və sərnişinlərin nizamla növbəyə durmasını təmin edirlər.
Dəmir yolu rəsmilərinin sözlərinə görə, Hindistanda qatarlara minmək istəyən sərnişinlərin kütləvi sıxlığı tez-tez müxtəlif xəsarətlərə, qəzalara və hətta ciddi ölüm hallarına yol açır.
Yeni təyin olunmuş əli dəyənəkli asayiş keşikçiləri qatarlar gələn zaman perronlarda nizam-intizam yaradır, sərnişinləri sıraya düzür və qaydalara tabe olmayanlara qarşı nümayişkaranə şəkildə dəyənəkdən istifadə etməklə təhlükəsizliyi təmin edirlər.
Layihənin ilkin mərhələdə sərnişin sıxlığının ən çox qeydə alındığı böyük şəhərlərdə tətbiq olunduğu və effektiv nəticələr verdiyi bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






