İnanılmaz KİBERHÜCUM: Kod yazmağı bilməyən şəxs 14-dən çox şirkəti SINDIRDI – FOTObackend

İnanılmaz KİBERHÜCUM: Kod yazmağı bilməyən şəxs 14-dən çox şirkəti SINDIRDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sorğuların necə yazılacağını belə bilmədən şəxs süni intellektdən istifadə edərək 14-dən çox şirkəti haker hücumuna məruz qoyub.

İnterpress.az xəbər verir ki, bu barədə “The Verge” texnologiya portalı məlumat yayıb.

Kompüter kodları və mürəkkəb proqramlaşdırma sorğuları yazmağı bacarmayan bir şəxs yalnız süni intellekt alətlərindən istifadə edərək 14-dən çox böyük şirkətin təhlükəsizlik sistemini sındırmağa nail olub.

O, özünün qeyri-qanuni fəaliyyətləri üçün “Claude Code (opus-4.5)” və “Codex (gpt-5.2-codex)” neyroşəbəkələrindən yararlanıb. Fırıldaqçı süni intellektə “sən 15 illik təcrübəyə malik baş pentester mütəxəssissən” kimi olduqca bəsit və primitiv sorğular ünvanlayıb.

Neyroşəbəkələr isə bu təlimatları qəbul edərək hədəf seçilmiş saytlara hücumlar təşkil edib, ordakı boşluqları müəyyənləşdirib və əldə olunan məlumatları hesabat şəklində “hakerə” təqdim ediblər.

Lakin bu “uğurlu” fəaliyyət çox uzun sürməyib və haker özünü ən axmaq şəkildə ifşa edib. Yazışma seanslarının birində o, “Claude” süni intellektindən öz şəxsi tərcümeyi-halını (CV) redaktə etməyi xahiş edib.

Sənəddə isə onun adı, soyadı, yaşadığı yer, təhsil tarixi və “LinkedIn” profilinə birbaşa keçid qeyd olunub. Süni intellektin bu məlumatları verilənlər bazasına qeyd etməsi və sistem administratorlarının şübhəli fəaliyyətləri araşdırması nəticəsində “haker” dərhal müəyyənləşdirilərək ifşa olunub.

Faktla bağlı kibertəhlükəsizlik qurumları tərəfindən araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az