Yunanıstanda pravoslav keşiş bədəni ilə LGBT paradının yolunu kəsib.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Yunanıstanda keçirilən aksiya zamanı pravoslav keşiş öz bədəni ilə LGBT paradının hərəkət istiqamətini kəsib. Hadisə nəticəsində nümayişçilərin hərəkəti təxminən yarım saat ərzində tamamilə dayandırılıb.
Keşiş yolu kəsməzdən əvvəl parad iştirakçılarını yüksək səslə “tövbə etməyə” çağırıb.
Onunla bərabər aksiyaya qarşı çıxmaq üçün ikinci keşiş də əraziyə gəlib. İkinci keşiş parad iştirakçılarının və mühafizəçilərin onları güclə ərazidən uzaqlaşdırmasına imkan verməyib.
Yayılan videogörüntülərdə ikinci keşişin yerdə olan rəngli bayrağı təpiklədiyi də aydın görünür.
Hadisə yerli polis əməkdaşlarının müdaxiləsindən sonra böyümədən həll olunub. Keşişlər asayiş keşikçiləri tərəfindən ərazidən təhlükəsiz şəkildə uzaqlaşdırılıb və bundan sonra aksiya iştirakçıları hərəkətlərini davam etdiriblər.
Yunanıstanda son vaxtlar qəbul edilən eynicinsli nikahların leqallaşdırılması qanununa etiraz olaraq bu cür hadisələr tez-tez baş verir və mühafizəkar ruhanilər kütləvi etirazlar nümayiş etdirirlər.
Xuraman Etibarlı
İnterpress.az






