DÇ-2026 dövründə Meksika kartelləri müvəqqəti olaraq adam öldürməyi dayandırıb
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Meksika narkokartelləri futbol üzrə 2026-cı il Dünya Çempionatı (DÇ-2026) dövründə qeyri-rəsmi olaraq qətlləri və amansız edamları müvəqqəti olaraq dayandırıblar.
Onlar bu qərarlarını real addımlarla sübut ediblər – polislə əməkdaşlıq edən öz dəstə üzvlərini Laqos de Moreno şəhərindəki dirəklərə bağlayıb, alınlarına isə “siçovul” (satqın) sözünü yazıblar.
Bu qeyri-adi “güzəşt” futbol bayramı dövründə ölkəyə gələn çoxsaylı xarici turistlərin təhlükəsizliyinə xələl gətirməmək və beynəlxalq diqqəti kəskin şəkildə cəlb etməmək məqsədi daşıyır.
Yerli mətbuat xatırladır ki, əvvəllər – ölkənin ən qəddar kartellərindən biri olan “Los Zetas”ın hökmranlığı dövründə bu cür satqınlar həmin dirəklərdən diri-diri asılır, yaxud bədən hissələri ətrafa səpələnərək düşmənlərə qorxunc gözdağı verilirdi.
İndi isə kartellərin metodlarında müvəqqəti “yumşalma” qeydə alınıb.
Buna baxmayaraq, Meksika hökuməti və asayiş keşikçiləri DÇ-2026 zamanı asayişin tam təmin olunması üçün hərbi səviyyədə təhlükəsizlik tədbirləri görməkdədirlər.

Xuraman Etibarlı
İnterpress.az






