70 yaşlı Hollivud ulduzu üçüncü dəfə ata oldubackend

70 yaşlı Hollivud ulduzu üçüncü dəfə ata oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya şöhrətli Hollivud aktyoru 70 yaşlı Riçard Gir üçüncü dəfə ata olub.

İnterpress.az xəbər verir ki, ulduzla evli olan və ötən ilin fevralında oğlan övladı dünyaya gətirən 37 yaşlı Aleksandra Silvanın daha bir oğlu olub.

Bu uşaq Riçard və Aleksandranın üçüncü övladıdır.

Girin aktrisa Keri Louelldən 20 yaşlı oğlu var. Silva isə keçmiş əri – maqnat Robert Fredlanddan 7 yaşlı oğlan övladını böyüdür.

Riçard A.Silva ilə 2014-cü ildə R.Fredlandın sahib olduğu bir hoteldə tanış olub. 2018-ci ilin may ayında cütlük gizli şəkildə evlənib.

İnterpress.az