Bərdədə yol qəzası oldu, ölən və yaralananlar varbackend

Bərdədə yol qəzası oldu, ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Göbər kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənddə “VAZ-2107” markalı avtomobili ilə “Nissan” markalı minik maşını toqquşub. Nəticədə “Nissan”ın sürücüsü ölüb. Hadisə zamanı həmçinin “VAZ-2107”in sürücüsü və sərnişini ağır xəsarət alıb.

Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az