Bu barədə İnterpress.az-a Dərbənddəki Azərbaycan icmasının nümayəndəsi məlumat verib.
Hadisə dünən axşam saatlarında baş verib. Baş həkim şəxsi maşınını park etdikdən sonra evinə tərəf gedib. Bu zaman ona bir neçə dəfə atəş açılıb. Güllələr ölümcül olduğundan Osmanov yerindəcə keçinib.
55 yaşlı baş həkimin öldürülməsi ilə bağlı iki maddə üzrə cinayət işi açılıb. Mərhumun yaxınların onun düşmənlərinin olmadığını deyiblər. Nəsir Osmanov Dərbənd rayon Sovetinin deputatı olub.
İnterpress.az