ABŞ və Böyük Britaniya Əfqanıstana hərbçi göndərirbackend

ABŞ və Böyük Britaniya Əfqanıstana hərbçi göndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

ABŞ Əfqanıstanın paytaxtı Kabil şəhərindəki Həmid Karzay hava limanına biri quru qoşunları, ikisi dəniz piyadaları olmaqla 3 tabordan ibarət 3 min hərbçi göndərir.

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbi bildirib ki, onlar hava limanında hərbi-nəqliyyat təyyarəsini gözləyəcəklər. C.Kirbi deyib ki, hərbçilər ABŞ Dövlət Departamentinin istəyi ilə göndərilir.

Həmin hərbçilər ABŞ vətəndaşlarının, o cümlədən diplomatlarının və Vaşinqtonun bu ölkədəki diplomatik nümayəndəliklərinin əfqanıstanlı əməkdaşlarının təxliyəsinin təhlükəsizliyini təmin edəcəklər.

Məlumata görə, Böyük Britaniyanın Müdafiə Nazirliyi də eyni məqsəd üçün Əfqanıstana 600 hərbçi yollayacağını elan edib.