16 yük avtomobili ilə 6500 təkər cəbhə bölgəsinə yola salınıbbackend

16 yük avtomobili ilə 6500 təkər cəbhə bölgəsinə yola salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün cəbhə boyu uğurlu əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusuna dəstək məqsədilə “Hər şey vətən üçün” aksiyası davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən İnterpress.az – a verilən məlumata görə, aksiya çərçivəsində daha 16 yük avtomobili ilə 6500 ədəd təkər cəbhə bölgəsinə yola salınıb.

“Qum dolu kisələrdən fərqli olaraq təkərlər müdafiənin ön xəttində mövqelərin muhafizəsi baxımdan olduqca əhəmiyyətli materialdır. Təkərlər dözümlü və güllələri saxlama xassələrinə malikdirlər. Bunu nəzərə alaraq təkərlərin toplanaraq cəbhə bölgəsinə yola salınması davamlı olaraq həyata keçirilir. Aksiyaya qoşulmaq istəyən vətəndaşlarımız Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər”,- deyə BNA-nın yaydığı məlumatda bildirilib.

İnterpress.az