2023-cü ilin 7 ayının məlumatına görə, Gürcüstandan aqro-ərzaq məhsullarının ixrac dəyəri 787,5 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,7% çoxdur.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Məlumata görə, Gürcüstandan Avropa İttifaqına 89,0 milyon ABŞ dolları dəyərində aqro-ərzaq məhsulları ixrac edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 2,2% çoxdur.
İçkilər, diri heyvanlar və digər məhsulların ixracı da artıb. Alkoqollu içkilər, şərab, alkoqolsuz qazlı içkilər, qaragilə və meyvə konservlərində xüsusi artım qeydə alınıb.
Qeyd edək ki, 2023-cü ilin 7-ci ayına bal ixracı (ixrac dəyəri 390 min ABŞ dolları) olmaqla 12 ölkəyə həyata keçirilib və əsas ixrac bazarı Avropa İttifaqına üzv ölkələr (Çexiya, Fransa, Almaniya) olub. 2023-cü ilin 7 ayının məlumatına görə, Gürcüstandan ABŞ, Avropa İttifaqına üzv ölkələr, Türkiyə, Azərbaycan, Ermənistan, Ukrayna, Çin, Rusiya və digər ölkələrə aqro-ərzaq məhsulları ixrac edilib.






