Beget kiberhücumdan sonra bulud məlumatlarını İTİRİB – 1000-dən çox server YOXLANILIRbackend

Beget kiberhücumdan sonra bulud məlumatlarını İTİRİB – 1000-dən çox server YOXLANILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beget bulud infrastrukturundakı məlumatlarını itirib.

İnterpress.az xəbər verir ki, Rusiyanın Beget hostinq provayderi bulud infrastrukturunda ciddi məlumat itkisi baş verdiyini açıqlayıb.

Şirkətin bildirdiyinə görə, bulud infrastrukturunda saxlanılan məlumatlar, həmçinin IP və CDN parametrləri itirilib. Bununla belə, serverlərdəki məlumatların böyük hissəsi qorunub saxlanılıb.

Hazırda mütəxəssislər serverləri yoxlayır və mərhələli şəkildə yenidən istismara verirlər.

Bərpa prosesi zamanı 1000-dən çox serverin əl ilə yoxlanılması tələb olunur.

Şirkət bütün xidmətlərin tam bərpası üçün konkret vaxt açıqlamayıb.

Beget-in infrastrukturu noyabrın 2-nə keçən gecə baş vermiş genişmiqyaslı kiberhücumdan sonra sıradan çıxıb.

Xuraman Etibarlı

İnterpress.az