22 mənzil AZLIQ ETDİ: Məşhur biznesmenin keçmiş arvadının QİSASIbackend

22 mənzil AZLIQ ETDİ: Məşhur biznesmenin keçmiş arvadının QİSASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada keçmiş ərindən qisas almaq üçün 3,5 milyon rublu belə “soyub”.

İnterpress.az xəbər verir ki, bu barədə “Mash” məlumat yayıb.

Moskvada boşandığı iş adamı ərindən artıq 22 ədəd daşınmaz əmlak almasına baxmayaraq, bununla kifayətlənməyən 57 yaşlı Viktoriya V. növbəti dələduzluğa əl atıb. O, vəkili ilə birləşərək keçmiş əri, geoloji kəşfiyyat şirkətinin sahibi Andrey V.-dən əlavə 3,5 milyon rubl (təxminən 64 750 manat) almaq üçün plan qurub.

2026-cı ilin yanvar ayında cütlük Andreyin keçmiş biznes partnyorunun adından saxta teleqram hesabı yaradıb və iş adamına avadanlıq alışı üçün guya müqavilə ödənişləri barədə çeklər göndərib. Heç nədən şübhələnməyən sahibkar ümumilikdə 3,4 milyon rublu (təxminən 62 900 manat) müxtəlif banklardakı hesablara köçürüb. Sonradan pulların məhz keçmiş arvadının və onun vəkilinin hesablarına getdiyi məlum olub.

Özü də daşınmaz əmlak agenti olan və kommunal ödənişləri belə vaxtında ödəməyən Viktoriya V.-nin mənzilində hazırda axtarışlar aparılır. Ona dələduzluq ittihamı ilə 10 ilə qədər həbs cəzası təhlükəsi yarana bilər. İstintaq çərçivəsində işə iş adamının 33 yaşlı qızı Lolitanın da qarışa biləcəyi istisna olunmur.

Xuraman Etibarlı

İnterpress.az