22 min faciəvi ÖLÜM HADİSƏSİ: Dövlət qurumu komiki “SƏHV” ŞIXARDI – FOTObackend

22 min faciəvi ÖLÜM HADİSƏSİ: Dövlət qurumu komiki “SƏHV” ŞIXARDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda komikin dəmir yolları ilə bağlı açıqlaması ölkədə ciddi müzakirələrə səbəb olub.

İnterpress.az xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.

Hindistanlı komediyaçı ölkənin dəmir yollarında hər il təxminən 22 min insanın həlak olduğunu deyib. Lakin dövlət dəmir yolu şirkəti bu açıqlamanı dərhal tənqid edərək, komikin “əhəmiyyətli dərəcədə şişirtmə etdiyini” bildirib.

Şirkətin rəsmi izahına görə, komikin dediyi kimi 22 min yox, “cəmi” 21 803 nəfər ölüb.

Bu isə sosial şəbəkələrdə ironiya və sərt reaksiyalar doğurub: istifadəçilər dövlət qurumunu insan itkisini “statistik səhv kimi” kiçiltməkdə suçlayıblar.

Xuraman Etibarlı

İnterpress.az